Ferqyuson yenə döyüşəcək

22.07.2025 11:00 6
Dünya futbolu
Yüngül çəkidə keçmiş UFC çempionu Toni Ferqyuson yenidən peşəkar idmana qayıdır.

"Football-plus.az" xəbər verir ki, bu dəfə o, özünü oktaqonda yox, boks qaydalarına uyğun növdə sınayacaq. 41 yaşlı amerikalı avqustun 30-da rinqə çıxacağını bildirib:
"Mən təqaüdə çıxmamışam. Təlim-məşq toplanışına qayıdacağam. Avqustun 30-da döyüşüm var. Bu, boks qaydalarına uyğun olacaq. Döyüşə mükəmməl formada hazıram. Gedikcə daha da yaxşılaşıram".

Toni sonuncu dəfə MMA çərçivəsində ötən il avqustun 3-də Əbu-Dabidə keçirilən "UFC on ABC 7" turnirində döyüşüb və 1-ci raundda ağrıdıcı fəndlə Maykl Keyzaya uduzub. Qeyd edək ki, bu uğursuzluqdan sonra karyerasının başa çatması ilə bağlı söz-söhbət yayılsa da, veteran bunları təkzib etmişdi. Bildirmişdi ki, döyüş karyerasını fərqli idman növündə də olsa, davam etdirəcək.