Ferqyuson canını yaxşı qurtardı

30.11.2023 23:30 172
İdman
UFC versiyası üzrə yüngül çəkidə sabiq müvəqqəti çempion Toni Ferqyuson (25-9) sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəsinə görə həbs olunduğu maydakı hadisənin altından çıxa bilib.

“Football-plus.az” xəbər verir ki, hadisə gecə saatlarında Hollivudda baş verib. Toni gecə şənliyindən sonra pikapın sükanı arxasına keçib, yol kənarında dayanan iki maşını zədələyib.

Məhkəmə yazışmalarına görə, sərxoş vəziyyətdə maşın sürmək ittihamı Ferqyusonun üzərindən götürülüb. Çünki o, daha yüngül cinayətə - şossedə ehtiyatsız idarəçiliyə görə günahını boynuna alıb. Sövdələşmənin şərtlərinə uyğun olaraq, Ferqyusona birillik şərti cəza verilib. Xatırladaq ki, Toni builki son döyüşünü dekabrın 16-da Las-Veqasda təşkil olunacaq UFC 296 şousunda Peddi Pimblett (20-3) ilə keçirəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul