10 il idi üzürdü, öldü

23.07.2025 00:26 10
İdman
Moskvanın Krılatskoye rayonunda keçirilən Triatlon Liqası zamanı bədbəxt hadisə yaşanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Rusiya Triatlon Federasiyasının mətbuat xidməti məlumat yayıb. Naro-Fominski təmsil edən triatlonçu Vladimir Porfirov dünyasını dəyişib.

Faciə yarışın su hissəsində - 1 mil məsafədə üzgüçülük zamanı baş verib. İdmançı hovuzda huşunu itirərək boğulmağa başlayıb. Yaxınlıqdakı xilasedici hadisəni anındaca hiss edərək onu sudan çıxarıb, həkim məntəqəsinə aparıb.

Uzun sürən reanimasiya tədbirlərinə baxmayaraq, idmançını xilas etmək mümkün olmayıb. 10 ildən artıq yarışlarda iştirak edən təcrübəli üzgüçünün ölümü hər kəsi təəccübləndirib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul