“Barselona” ilə yenidən anlaşdı

7.06.2025 10:00 9
Dünya futbolu
Voytsex Şçensnı gələn mövsüm də “Barselona”da çıxış edəcək.

Klub rəhbərliyi təcrübəli futbolçu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

İnsayder Fabritsio Romanonun məlumatına görə, tərəflər artıq müqavilə şərtləri ilə bağlı razılığa gəliblər. İspaniya klubu və 35 yaşlı polşalı qapıçı müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayacaqlar.

Xatırladaq ki, Şçensnı ötən mövsüm La Liqada 15 oyun keçirib.