Gözlənilən keçid rəsmiləşib. Voytsex Şçensnı artıq Barselonadadı.
“Yuventus”un və Polşa yığmasının sabiq qapıçısı bir neçə gün əvvəl “Barselona”ya keçməyə razılıq vermişdi. O, bazar ertəsi İspaniyanın eyniadlı şəhərinə yollanıb. Tanınmış insayder Fabritsio Romanonun məlumatında 34 yaşlı qolkiperin həftənin ilk günündə Kataloniya klubunda tibbi müayinədən keçəcəyi bildirilmişdi.
Qeyd edək ki, “Barselona”nın əsas qapıçısı Mark-Andre ter Ştegen ağır zədə alaraq uzun müddətə sıradan çıxıb.