Bu gün "Qəbələ" və "Şamaxı" yoxlama oyunu keçirəcəklər.
"Football-plus.az" xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gələcək. Görüş saat 18.00-da başlayacaq. "Qəbələ"nin yay toplanışı vqustun 8-dək davam edəcək. Komanda bu müddət ərzində 5 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblərdən birinin "İmişli" olacağı dəqiqləşib.
"Şamaxı" isə "Karvan" (21 iyul), "Kəpəz" (26 iyul) və "İmişli" (9 avqust) ilə üz-üzə gələcək.