"Şamaxı" "İmişli" ilə qarşılaşacaq

4.07.2025 12:16 19
Ölkə futbolu
Yeni mövsümün hazırlıqlarına sabah Qəbələ şəhərində start verəcək “Şamaxı”nın yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, "şirlər" “İmişli” ilə qarşılaşacaq. Görüş avqustun 9-u Şamaxı şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, "Şamaxı" "Qəbələ" (14 iyul), "Karvan" (21 iyul) və "Kəpəz" (26 iyul) ilə də yoxlama oyununda üz-üzə gələcək.