“Şamaxı” və "Kəpəz" arasında iyulun 14-də Qəbələ şəhər stadionunda keçirilməli olan yoxlama matçı təxirə salınıb.
"Football-plus.az" xəbər verir ki, qarşılaşma tərəflərin razılığı ilə bir gün sonra, iyulun 15-də keçiriləcək.
Görüşün məkanı isə dəyişməyib. Oyun Qəbələ şəhər stadionunda, saat 17.30-da start götürəcək.