"Turan Tovuz"un növbəti rəqibi məlum oldu

14.07.2025 13:54 16
Ölkə futbolu
Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz"un yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi Türkiyə 1-ci liqasında mübarizə aparan "Çorum"la üz-üzə gələcək. Görüş iyulun 19-da oynanılacaq.

Xatırladaq ki, daha əvvəl "Turan Tovuz"un Təbriz "Traktor"u ilə qarşılaşacağı açıqlanmışdı. Bu matçın başlama saatı və məkanı haqda əlavə məlumat veriləcək.