"Turan Tovuz" Rumıniya klubuna uduzdu

9.01.2025 20:30 345
Ölkə futbolu
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün ilk yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi Rumıniyanın yüksək liqasında mübarizə aparan "Qloria Bizau" ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, "Turan Tovuz" Antalyada daha bir yoxlama oyunu keçirəcək. Özbəkistan təmsilçisi "Paxtakor"la qarşılaşma yanvarın 12-sinə nəzərdə tutulub.