Tofiq oktyabrda döyüşəcək

12.07.2025 19:12 17
İdman
Tofiq Musayevin UFC-də keçirəcəyi növbəti döyüşün vaxtı açıqlanıb.

"Footbaıll-plus.az" xəbər verir ki, 35 yaşlı idmançı oktyabrın 5-də ABŞ-nin Las-Veqas şəhərində oktaqonda çıxacaq. Yüngül çəkidə çıxış edən Musayevin rəqibi hələlik məlum deyil. Tofiq UFC-dəki ikinci döyüşünə daha ciddi hazırlaşacağını söyləyib:
"Döyüşə hazırlıq məqsədilə 2-3 təlim-məşq toplanışı keçəcəyik. Fiziki məşqlərimiz Bakıda olacaq. Daha sonra Amerikaya getmək istəyirik. Hələlik plan belədi. Rəqib bəlli olandan sonra hazırlıq prosesi ilə bağlı detallar bir qədər də dəqiqləşəcək".
Xatırladaq ki, Tofiq UFC-də iyunun 21-də Bakıda debüt edib. Qırğızıstanlı Mıktıbek Oralbaya qarşı döyüşən həmvətənimiz birinci raundda gözlənilmədən ağrıdıcı fəndə düşərək təslim olub.

Onun UFC rəhbərliyi ilə 4 döyüşlük müqaviləsi var.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul