Məşhur döyüşçümüz Tofiq Musayevin bir müddət əvvəl müqavilə bağladığı BELLATOR-dakı ilk oyununun vaxtı açıqlanıb.
"Football-plus.az" saytının məlumatına görə, azərbaycanlı idmançı "BELLATOR 279" turnirindəki ilk görüşünü aprelin 24-də keçirəcək. Döyüş Havay adalarında baş tutacaq.
Qeyd edək ki, Musayevin rəqibinin kimliyi bəlli deyil. Onun rəqibi top-10-da yer alan idmançılardan biri olacaq.