Musayev bayram günlərində döyüşəcək

16.02.2024 23:54 198
İdman
Yüngül çəkidə “Bellator” reytinqinin ikincisi Tofiq Musayev (22-5) növbəti döyüşü martın 22-də britaniyalı Alfi Devisə (16-4) qarşı keçirəcək.

"Football-plus.az" xəbər verir ki, həmyerlimiz Şimali İrlandiyanın paytaxtı Belfastda təşkil olunacaq “Bellator 302” şousunda çıxış edəcək. Tofiq sonuncu döyüşdə reytinqin 1 nömrəsi olan rusiyalı Aleksandr Şabliyə (24-3) texniki nokautla uduzub. Həmin döyüş ötən il martın 10-da ABŞ-ın San-Xose şəhərində keçirilən “Bellator 292” şousu çərçivəsində baş tutub.

Elə Devis də son döyüşdə Şabliyə uduzub, ancaq hakimlərin yekdil qərarı ilə (30-27, 30-27, 30-27).