“Sabah” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində RFŞ ilə qarşılaşacaq. Masazır təmsilçisinin avrokuboklardakı ilk ev oyununa indiyə qədər neçə bilet satılıb?
Bu sualı “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq. O, “Football-plus.az”a indiyə qədər 4500 biletin satıldığını və rəqəmin sürətlə artdığını dedi.
Qeyd edək ki, turniketlərdən daxil olandan sonra stadionun ərazisini tərk edənlərin geri qayıtmasına icazə verilməyəcək.
Ümumiyyətlə, satışa 8600 bilet çıxarılıb. Azarkeşlər saat 20.20-yə qədər bilet ala bilər. Stadiona daxil olmaq üçün son vaxt isə 20.30-du. Xatırladaq ki, oyun 20.00-da başlayacaq.
KƏNAN BAHADIR