Suares hansı qərarı verib?

13.07.2025 19:05 21
Dünya futbolu
Luis Suares karyerası ilə bağlı vacib qərar verib. O, dekabrın 31-də “İnter Mayami”dən ayrılacaq.

AS qəzetinin məlumatına görə, 38 yaşlı forvard MLS təmsilçisi ilə müqaviləsini yeniləməyəcək. Onun karyerasını başa vuracağı gözlənilir.

Uruqvaylı “İnter Mayami”də 2024-cü ilin yanvarından çıxış edir. O, hazırda 34 qolla klub tarixində ən çox qol vuran ikinci oyunçudu.

Yeri gəlmişkən, Suares bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 25 oyunda 9 qol vurub və 10 məhsuldar ötürmə edib.