• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rəşad Sadıqov Konfrans Liqasının əsas mərhələsini arzulamır?

Manşet / Yazarlar

8-07-2025, 09:0

Klublarımızın avrokubok macərasının başlanmasına sayılı günlər qaldı.

Bəlli olduğu kimi, mübarizəyə ən tez start verəcək komanda “Sabah”dı. Ardından “Qarabağ”, “Zirə” və “Araz-Naxçıvan” üçün həyəcan yaşamağa başlayacağıq. Oyunların yeri və vaxtı, həm təmsilçilərimizin, həm də rəqiblərin hazırlıq prosesinin necə getdiyi haqda detallardan xəbərdarsız. Bu üzdən məqsədimiz təkrarçılıq etmək yox, adı çəkilən komandalardan birinin ümid verməyən addımlarından bəhs etməkdi.

Yəqin ki, gündəmi müntəzəm izləyən oxucular hansı klubu nəzərdə tutduğumuzu başa düşdü. Bəli, söhbət “Zirə”dən gedir. “Qarabağ”dan sonrakı ümid çırağı olan, mübarizəni erkən dayandırmayacağına inandığımız “qartallar”dan. Təbii ki, qəsəbə təmsilçisini belə xarakterizə etməyin səbəbi var: Rəşad Sadıqovun komandası ötən mövsüm Konfrans Liqasında pley-off mərhələsinə qədər irəlilədi və ölkəmizə “Qarabağ”dan da çox xal qazandırmaqla gözləntiləri xeyli artırdı. Ancaq həmin ümidlər gündən-günə azalır, ürəyə qorxu düşür. Belədə komandanın Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacağını düşünənlər elə 1-ci təsnifat mərhələsindən – “Hayduk”un önündən məğlub ayrılmaq ehtimalının artdığını dərk edir və klubun sosial şəbəkə hesablarında iradlarını dilə gətirir.

Sirr deyil ki, “Zirə”nin avrokubok xəyalları üçün ilk həyəcan zəngi “Sabah” ölkə kubokunun finalında “Qarabağ”ı məğlub edib Avropa Liqasına vəsiqə qazananda çaldı. Çünki bu, “qartallar”ın məğlub olmaq haqqının əlindən alınması demək idi. İndi diqqət, məsuliyyət və iş yükü birəbeş artmalıydı. Lakin Rəşad Sadıqovun komandanın durumuna görə xeyli arxayın olması bəzi hadisələri qaçılmaz etdi. Təcrübəli mütəxəssis lazım olan futbolçular, xüsusən Salifu Suma ilə yeni müqavilə imzalandığını əsas gətirərək komandanın özəyinin qorunacağına inandığını bildirdi.

İş ondadı ki, nə Sumaya gələn təkliflərin ardı-arası kəsildi, nə də kollektiv onu itirmək qorxusundan “sığortalandı”. Hələ Rafael Utziqlə bağlı məsələni demirik. Müqaviləsinin müddəti gələn ilin yayında bitəcək hücumçu hələ də düşərgəyə qoşulmayıb. Zarafat deyil, söhbət başa çatan mövsümü 2-ci pillədə bitirən komandanın iki aparıcı futbolçusundan gedir.

Deyə bilərsiz ki, “Zirə” ötən mövsümdəki heyətini böyük ölçüdə qoruyub-saxlaya bilib. Bəli, hələ ki belədi - sizlə razıyam. Axı komandada cəmi üç ayrılıq yaşanıb: Rüstəm Əhmədzadə, Pyer Zebli və Məqsəd İsayev yola salınıb. Bəs kimlər gəlib? 2024/25 “futbol ili”ndə “Neftçi”nin heyətində 12-si premyer-liqa, 2-si ölkə kuboku olmaqla 14 matçda cəmi 551 dəqiqə forma geyən, 25 yaşı olsa da, ildən-ilə dəyər itirən, sonuncu matçını yanvarın 31-də “Şamaxı”ya qarşı 20 dəqiqə tər tökməklə keçirən Yeqor Boqomolski, “Sumqayıt”ın sabiq baş məşqçisi Vaqif Cavadovun haqqında “biz 11 oyun qol vurmamışdıq. O, həmin matçlarda əsas heyətdə idi. Əvvəlki oyunlarda da start heyətində olub. Bir qol ötürməsi belə yox idi” ifadələrini işlətdiyi Rövlan Muradov, karyerasının ilk peşəkar müqaviləsini “Zirə” ilə bağlayan, 18 yaşlı Abdul Aziz Batibieni və Brahim Konate. Kor-kor, gör-gör. Yalnız “Şamaxı”da Ayxan Abbasovun cilaladığı Konatenin gəlişini avrokuboklara hazırlıq prosesiylə bağlı uğurlu addım saymaq olar.

Məlum olduğu kimi, “Zirə” yay təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama matçında “Qarabağ”dan 4 cavabsız qol buraxdı. Əlbəttə, təkcə bunun əsasında komandanın durumu haqda mülahizə yürütmək doğru olmaz. “Qartallar” hələ Türkiyədə daha 4 yoxlama matçı keçirəcək. Yalnız o vaxt futbolçuların hazırlıq səviyyəsi haqda dəqiq danışa bilərik. Lakin belədə reallıq dəyişmir: “Zirə” Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq istəyirsə, daha bir neçə transferlə güclənməli, bu heyətin fiziki və psixoloji durumu yaxşılaşdırılmalıdı. Onsuz da Rəşad Sadıqov ötən il avrokuboklarla əli ətəyindən uzun vidalaşıb. Yəqin ki, hələ heç kim Nikosiyada yaşanan biabırçı məğlubiyyəti də unutmayıb, “Omoniya”dan 6 cavabsız qol buraxan komandanın toparlanmaq üçün aylarla vaxt sərf etdiyini də. Sadəcə, “qartallar” o vaxt tarixində ilk dəfə pley-offa qədər irəliləməklə “günahını yudu”.

Maraqlıdı, klub bu dəfə uğursuz olacağı təqdirdə nəyin kölgəsinə sığınacaq?

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Konfrans Liqası

19-07-2024, 00:0

“Zirə”nin Konfrans Liqasında bu komandaya rəqib oldu

Ölkə futbolu / Manşet

30-08-2023, 12:0

"Zirə"nin uğurunun dörd sirri - YAZI

Ölkə futbolu

13-09-2024, 22:0

Rəşad Sadıqovdan maraqlı addım - "Zirə"yə bağlı dedikləri gündəm oldu

Premyer-liqa

21-07-2023, 16:0

Premyer-liqada mövsümün tam təqvimi

Ölkə futbolu / Manşet

19-05-2022, 12:0

“Zirə” yay toplanışını bu ölkədə keçirəcək - ÖZƏL

Ölkə futbolu

18-06-2025, 16:0

"Zirə" və "Araz-Naxçıvan"ın rəqibi bəlli oldu - KL

Aktual
Masazır yeni çempionun görüşünə gəlmədi! – 750 azarkeş nədi, sən Allah?
“Sabah” və “Zirə” finaldan öncə azarkeşlər üçün məşq edəcək?
“Mövsümün sonunda nə baş verəcəyini bilmirəm” – Kamilo Duran da gedir?
“Şuşa” ilə danışıq olsa da, Nadir Qasımovla olmayacaq” - “Səbail” adını dəyişir?
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Atalar üçdən deyib! “Neftçi” üçün də?
Son xəbərlər
  • Bu gün, 19:06
    Renat cəmi 13 dəqiqə oynadı
  • Bu gün, 19:06
    "Turan Tovuz" avrokuboklara vəsiqə qazandı, "Karvan-Yevlax" elitanı tərk etdi - YENİLƏNİR
  • Bu gün, 18:35
    Messidən daha bir rekord!
  • Bu gün, 18:15
    "Neftçi" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Bu gün, 18:13
    Masazır yeni çempionun görüşünə gəlmədi! – 750 azarkeş nədi, sən Allah?
  • Bu gün, 17:32
    “Sabah” və “Zirə” finaldan öncə azarkeşlər üçün məşq edəcək?
  • Bu gün, 17:01
    ''Fənərbaxça''da ilk ayrılıq rəsmiləşdi
  • Bu gün, 16:30
    Okan Buruk tarix yazmaqda davam edir - Daha öncə bunu yalnız Qvardiola bacarmışdı!
  • Bu gün, 16:19
    "Turan Tovuz" - "Karvan-Yevlax": START HEYƏTLƏRİ
  • Bu gün, 16:08
    Kadidən yubiley qolu
  • Bu gün, 15:27
    Osimhen rəqiblərə söz atdı - ''Siz məşq etməkdə davam edin''
  • Bu gün, 14:56
    Üç klub üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Bu gün, 14:34
    Kaşkilya 50 min dollara görə qovulası məşqçidi? – “İmişli” bunun cəzasını çəkəcək
  • Bu gün, 14:06
    Urfan premyer-liqada 350-ci oyununa çıxdı
  • Bu gün, 13:35
    ''Qalatasaray'' ardıcıl 4-cü, tarixinin 26-cı çempionluğunu qazandı!
  • Bu gün, 12:52
    “Əl-Hilal”dan ayrılmaq qərarına verdi
  • Bu gün, 12:02
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 11:28
    Keyn hələ ki liderdi
  • Bu gün, 11:15
    “Mövsümün sonunda nə baş verəcəyini bilmirəm” – Kamilo Duran da gedir?
  • Bu gün, 10:31
    Fatih Terim ''Qalatasaray''a çempionluq mesajı göndərdi
  • Bu gün, 10:00
    Aprelin ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 00:13
    Mbappe şanssız deyil
  • Dünən, 23:52
    FİFA-dan “Qarabağ”a transfer qadağası
  • Dünən, 23:46
    İngiltərə klubunda yeni müqavilə
  • Dünən, 23:06
    “Real”ın oyunçusu bir il “dincələcək”
  • Dünən, 23:04
    Arteta ilə bağlı vacib qərar
  • Dünən, 23:00
    "Son saniyələrədək xarakter göstərdik" - "Sumqayıt"ın məşqçisi
  • Dünən, 22:44
    "Qələbə qazanmaq üçün bütün futbolçular can qoymalıdı" - Andrey Demçenko
  • Dünən, 22:24
    Ronaldo 100-ə çatdı
  • Dünən, 22:21
    “Şuşa” ilə danışıq olsa da, Nadir Qasımovla olmayacaq” - “Səbail” adını dəyişir?
  • Dünən, 21:48
    MY-ni tərk edəcək
  • Dünən, 21:26
    Azarkeşlər yenə onu seçdilər
  • Dünən, 20:47
    "Sumqayıt"ın futbolçusu mükafatlandırıldı
  • Dünən, 20:05
    "Qarabağ" meydana ən güclü heyəti ilə çıxmışdı" - Kaxaber Sxadadze
  • Dünən, 19:35
    "Düşünürəm ki, nəticə oyuna görə idi" - Qurban Qurbanov
Daha çox
Oxunub: 209
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 177
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 173
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Oxunub: 170
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Oxunub: 164
Azər Bağırov general-mayorla görüşdə olub, ancaq şəklə düşməyib
Oxunub: 160
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə