"Football-plus.az" xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov özünün İnstaqram hesabındakı paylaşımında yazıb.
O qeyd edib ki, komandası daha da irəli getmək istəyirdi:
“Bütün hallarda, sona qədər əzmlə döyüşən kollektivimlə fəxr edir, daim bizə hər cür dəstəyi göstərən, inanan klub rəhbərliyinə, azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu avrokubok mövsümü bizə çox böyük təcrübə qazandırdı”.
Xatırladaq ki, “Zirə” bu mövsüm Konfrans Liqasında pley-off mərhələsinə kimi yüksəlib.




