“Zirə”nin Konfrans Liqasında bu komandaya rəqib oldu

19.07.2024 00:36 428
Ölkə futbolu / Konfrans Liqası
Avropa Liqasında mübarizəni dayandıran "Zirə" yoluna Konfrans Liqasında davam edəcək.

“Football-plus.az” xəbər verir ki, iki oyunun nəticəsinə görə "Şerif"ə (Moldova) uduzan Rəşad Sadıqovun komandası Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşacaq.

"Zirə" ilk oyununu iyulun 25-də evdə, cavab matçını avqustun 1-də səfərdə keçirəcək.