“Zirə” yay toplanışını bu ölkədə keçirəcək - ÖZƏL

19.05.2022 12:53 879
Ölkə futbolu / Manşet
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Zirə”nin yay hazırlıq planına aydınlıq gəlib.

“Football-plus.az” saytının əldə etdiyi məlumatına görə, qəsəbə təmsilçisi təlim-məşq toplanışı üçün seçimini edib. Belə ki, Rəşad Sadıqovun komandası Türkiyədə hazırlıq keçəcək.

Qardaş ölkədə yoxlama oyunlarının keçirilməsi də nəzərdə tutulub. Amma hələ ki rəqiblərin adına aydınlıq gəlməyib.

KƏNAN HƏSƏNOV