• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Klopp KDÇ-ni ən pis layihə sayır - “bu turniri düşünənlər futbolda heç vaxt işləməyənlərdi”

Dünya futbolu

5-07-2025, 17:0

Bir müddət əvvəl klublararası dünya çempionatının (KDÇ) formatı dəyişərkən buna mənfi reaksiya verənlər heç də az olmamışdı.

"Football-plus.az" xəbər verir ki, FİFA etiraz dalğasının daha da yüksəlməməsi üçün turnirin mükafat fondunu 1 milyard dollardan artıq müəyyən etdi. Aparıcı klublar bu amilə görə mundialın 32 komandaya qədər genişlənməsinə və daha uzun müddəti (bir ay) əhatə etməsinə göz yummağa başladılar. KDÇ-nin davam etdiyi vaxtda Yürgen Klopp da tənqidçilərin sırasına qoşulub.

KDÇ oyunçuların sağlamlığına zərbədi
Məşhur almaniyalı mütəxəssis turnirin Amerika qitəsində keçirilməsindən narazıdı. “Maynts-05”, “Borussiya” (Dortmund) və “Liverpul”un sabiq baş məşqçisi, hazırda “Red Bull” şirkətinin futbol şöbəsinə rəhbərlik edən 58 yaşlı Kloppun dediklərini olduğu kimi diqqətinizə çatdırırıq:

“Klublararası Dünya Çempionatı dəhşətli ideyadı. Mənim futbolda indiyədək gördüyüm ən pis layihədi. Bu turniri düşünənlər futbolda heç vaxt işləməyənlər və ya bu sahə ilə bağlılığını çoxdan itirənlərdi. Bir il əvvəl Avropa çempionatı və Amerika Kuboku təşkil edilib.

Bu yay klubların mundialı keçirilir, gələn yaya isə milli komandalar arasında dünya çempionatı təyin olunub. Bu o deməkdi ki, futbolçuların nə fiziki, nə də psixoloji cəhətdən normal istirahət etmək imkanı var. Hə, onlar böyük pullar qazanırlar. Bu da var ki, MBA-da oynayan basketbolçu il ərzində 4 ay istirahət edir. Vircil van Diykin isə karyerası ərzində heç vaxt belə imkanı olmayıb. Mən bu turnirə görə çox narahatam. Futbolçular əvvələr dünya, Avropa çempionatlarının və Amerika Kubokunun keçirilmədiyi illərdə təsadüf edilmədiyi qədər zədələrlə üzləşəcəklər. Biz onlardan hər oyunda var gücünü sərf etməyi və keyfiyyətli futbol sərgiləməyi tələb edirik. Bu, il ərzində 70 və ya 75 oyun keçirmək deməkdi. Amma vəziyyət belə davam edə bilməz”.


Klopp yorğunluğun adama necə pis təsir etdiyini yaxşı bilir. Çünki “Borussiya” və “Liverpul” kimi il ərzində çox sayda oyun keçirən komandalarda işləyib, indi isə bütün dünyada “Red Bull” şirkətinin futbol layihələrinə rəhbərlik edir. Lakin Canni İnfantinonu futbol formalarında görünən adamlar elə də narahat etmir. Turnirin təşkilatçısı itki ilə üzləşsə belə, FİFA-nın rəhbərləri həmişə milyardlar qazanacaqlar. Belə hallara bir çox dünya çempionatlarından sonra təsadüf edilib. Hərçənd klubların mundialında təşkilatçılıq və tamaşaçı marağı planında kifayət qədər problem var. İnfantino turniri “futbolun şedevri” və “dahiyanə ideya” adlandırır. Amma bu fikri birmənalı dəstəkləmək mümkün deyil.

Klub məşqçiləri daim onlara maraqlı görünməyən turnirlərə görə gileylənirlər. İngiltərədə işləyən əcnəbi mütəxəssislər bir neçə il əvvəl mövsüm ərzində indiki ilə müqayisədə az oyun keçirmək üçün Liqa Kubokunun ləğvini və ölkə kubokunun formatının yenilənməsini təklif etmişdilər. Van Diykin peşəkar futbolçu həyatı ərzində heç vaxt il ərzində 4 ay istirahət etmək imkanının olmaması ilə bağlı iddia doğru deyil. “Liverpul”un niderlandlı kapitanı gənc yaşlarında həkimlərin səhvi nəticəsində xəstəxanada bir neçə ay “dincəlib”. Əlbəttə, bu zarafatdı. Amma Klopp həqiqətən də, əlavə yüklənmənin futbolçuların sağlamlığını risk altına aldığını doğru deyir.

Logistika və iqlim problemi
Maraqlıdı ki, bir sıra tədqiqatlar futbolçuların təmiz oyun vaxtına görə heç də meydanda çox görünmədiklərini göstərir. Hərçənd intensivlik amilini mütləq vurğulamaq lazımdı. İndi oyun əvvəlki dövrlərə nisbətən sürətli gedir. Bunun səbəbi məlumdu: Kilian Mbappenin mənsub olduğu futbolçu nəsli Ronaldinyonun dövründə oynayanlarla müqayisədə alkoqollu içkiləri daha az qəbul edir. Ronaldinyo isə həmyerlisi Qarrinça ilə müqayisədə spirtli içkilərdən az istifadə edib. Müasir futbolçular əvvəlki dövrlərdə top qovan həmkarlarından daha çox hazırlıq keçir, daha az içir və siqaret çəkirlər. Artıq “Milan” daha yaşlı oyunçuların yeganə komandası deyil. Hazırlığın səviyyəsi dəyişdiyi üçün futbolçular üçün yeni imkanlar yaranıb. Amma indiki dözümlü oyunçular əzələ kütləsinə görə braziliyalı Halka bənzəmirlər. Bruno Fernandeş həm “Mançester Yunayted”də, həm də Portuqaliya yığmasında müntəzəm meydana çıxır. Antuan Qrizmann da bu qəbildən olan oyunçulardandı. Fransalı hücumçu illərdi gecələr MBA-nın oyunlarına tamaşa edir və saatlarla videooyunlar oynamaqdan zövq alır. Buna baxmayaraq, fransızlardan məhz Antuan müntəzəm yaşıl meydanlarda görünür.

Bilindiyi kimi, gələn il milli komandalar arasında dünya çempionatı keçiriləcək. ABŞ, Kanada və Meksika böyük ölkələrdi. Kanadanın Vankuver və Monreal şəhərləri arasındakı məsafə 4500 kilometrdi. Mayamidən Los Ancelesə qədərki məsafə 4400, Mexiko ilə Toronto arasındakı isə 4000 kilometrə bərabərdi. Komandalar və azarkeşlər DÇ-2026-da əməlli-başlı uzaq yolun yolçuları olacaqlar.

Digər çətinlik isə iqlimlə bağlıdı. Artıq KDÇ zamanı əlverişsiz hava şəraiti hamını təngə gətirib. “Çelsi”ni çalışdıran Entso Mareskanın fikrincə, matçlar qəribə qaydaya əsasən dayandırılırsa, deməli, ABŞ nəhəng turnirə uyğun əlverişli ölkə deyil. Həmin qəribə qayda isə oyunun keçirildiyi stadiondan 16 kilometrlik radiusda ildırım çaxırsa, matçın dərhal dayandırılmalı olduğunu diqtə edir. Nəticədə oyunçular meydanı tərk edir, stadiona toplaşanlar tribunalarda, milyonlarla futbolsevər isə televizorun qarşısında əsəb keçirirlər.

Deməli, İnfantino ABŞ-nin hakim dairələri ilə söhbət etməli, bu qaydanın heç olmasa gələnilki mundial zamanı tətbiqinin dayandırılmasına nail olmalıdı. Fasilə, xüsuilə uzun müddət çəkən fasilə oyunu məhv edir.

Telekanalların proqramını korlayır
Bu da var ki, yenilənən və böyüyən KDÇ-nin təşkilatçılıq hüququnun ABŞ-yə verilməsi heç də təsadüfi deyil. Hazırda davam edən yarış yığmalar arasında gələn il keçiriləcək mundialın əsas sınağı xarakterini daşıyır. Sözsüz, klubların mundialı Avropada təşkil edilsəydi, daha yaxşı olardı. Bu variant Asiya və Afrikadan olan komandalarla futbolsevərlər üçün də ən münasib sayılacaqdı. Etiraf edək ki, avropalılarla yanaşı, bu qitədən gələnlər də Amerikada ciddi vaxt fərqindən əziyyət çəkirlər. Problemin bir ildən sonra daha böyük ölçüdə hiss olunacağı dəqiqdi.

Hər halda KDÇ yığmaların mundialı ilə müqayisəyə gələ bilməz!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-06-2025, 01:0

Əfsanəvi məşqçi KDÇ-ni tənqid etdi

Dünya futbolu

4-07-2025, 18:0

Qvardiola Kloppun cavabını verdi

Dünya futbolu

6-10-2024, 11:0

Klopp ordenlə təltif olundu

Dünya futbolu

28-01-2023, 15:0

Məşqçi Kloppun 1000 oyunu: rəqəmlər üzərində gəzişmə

Dünya futbolu

15-10-2024, 09:0

Klopp üçün yeni iş yeri

Dünya futbolu

5-04-2025, 22:0

KDÇ-2025-in mükafat fondu rəsmən açıqlandı

Aktual
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
Son xəbərlər
  • Bu gün, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Bu gün, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Bu gün, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Bu gün, 15:46
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Bu gün, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Bu gün, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Bu gün, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Bu gün, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Bu gün, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Bu gün, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Bu gün, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Bu gün, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 489
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 256
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 201
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 196
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə