KDÇ-2025-in mükafat fondu rəsmən açıqlandı

5.04.2025 22:18 13
Dünya futbolu
FİFA bu il keçiriləcək Klublararası Dünya Çempionatının (KDÇ) mükafat fondunu rəsmən açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, 32 iştirakçı klub üçün 1 milyard dollarlıq fond müəyyən edilib.

FİFA-nın saytının məlumatında KDÇ-2025-in qalibinin 125 milyon dollar qazanacağı qeyd edilir. Turnirin maliyyə bölgüsünə əsasən, idman nailiyyətlərinə görə 475 milyon dollar və iştiraka görə 525 milyon dollar daxil olmaqla 1 milyard dollarlıq ümumi mükafat fondu nəzərdə tutulub.

Ən çox mükafatı UEFA-ya üzv olanlar alacaqlar. Mükafatın məbləği reytinq cədvəlindəki mövqelərdən asılı olacaq. UEFA-nın üzvü olan ölkələrin klubları 12,81 milyon dollardan 38,19 milyon dollara qədər, Cənubi Amerika təmsilçiləri 15,21 milyon dollar, digər qitələrin klubları isə 9,55 milyon dollar qazana biləcəklər.

Yeni formatla təşkil ediləcək KDÇ iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək. Oyunlara 11 şəhərin 12 stadionu səhnə olacaq, final matçı Nyu Yorkda keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul