Türkiyə yığmasının məşqçilər korpusunda yeni təyinat reallaşmaq üzrədi.
Məlum olduğu kimi, Vinçentso Montella dönəminin əvvəlindən etibarən yığmanın məşqçilər korpusunda yer alan Səlcuk Şahin bu yaxınlarda ''Eyüpspor''un başına keçdi. Montella son mətbuat konfransında Şahinin yerinə gələcək məşqçini özü seçəcəyini qeyd etmişdi. Türkiyə mətbuatının yazdığına inansaq, həmin məşqçinin adı artıq bəllidi.
Bu, Tahir Karapınardı. Təcrübəli məşqçi uzun illərdi, ''Fənərbaxça''nın akademiyasında çalışır. Bəzi dönəmlərdə o, müvəqqəti məşqçi funksiyasını da icra edib.
Xüsusilə 2019/20 mövsümünün son 8 turunda İstanbul nəhəngi məhz onun başçılığı altında meydana çıxmışdı. Bundan başqa Karapınar ''sarı-lacivərdlilər''də inkişaf direktoru kimi də çalışıb.