Balotelli podiuma çıxdı

3.07.2025 01:25 12
Dünya futbolu
Mario Balotelli hamını növbəti dəfə təəccübləndirib.

"Football-plus.az" xəbər verir ki, İtaliya yığmasının sabiq hücumçusu Paris Moda Həftəsində iştirak edib.

34 yaşlı Mario model kimi podiuma çıxıb. O, Paris Moda Həftəsi çərçivəsində şənbə günü Luvrda baş tutan KidSuper şousunda addımlayıb.

Balotelli karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Liverpul”, “Marsel” kimi aparıcı klublarda çıxış edib. O, ötən mövsüm A seriyasında “Cenoa” nın heyətində 6 oyun keçirib, orta hesabla 9 dəqiqə meydanda olub və 2 sarı vərəqə alıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul