Balotelli özünə yeni klub tapdı

28.10.2024 21:32 338
Dünya futbolu
Mario Balotelli özünə yeni klub tapıb.

İtaliyalı futbolçu karyerasını vətənində davam etdirəcək. İnsayder Fabritsio Romanonun məlumatına görə, 34 yaşlı hücumçu “Cenoa” ilə anlaşıb. O, Genuya klubu ilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Marionun az maaşa razılaşdığı da bildirilir.

Yeni klubuna azad agent statusunda keçən Balotellinin sonuncu klubu “Adana Dəmirspor” olub. O, İtaliyada daha əvvəl “Lumetsane”, “İnter”, “Milan”, “Breşia” və “Montsa”da çıxış edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul