Yenidən İtaliyada oynaya bilər

22.10.2024 14:53 291
Dünya futbolu
Mario Balotelli uzun müddətdən sonra İtaliyada oynaya bilər.

İtaliya yığmasının sabiq hücumçusu yenidən A seriyasında oynamağı planlaşdırır. “Tuttosport”un xəbərinə görə, “Cenoa” 34 yaşlı hücumçu ilə danışıq aparır. Klub rəhbərliyinin onun keçidində maraqlı olduğu bildirilib.

Qeyd edək ki, Balotelli İtaliyanın “İnter”, “Milan”, “Breşia”, “Montsa” və “Lumetsane” klublarında oynayıb. Onun sonuncu klubu “Adana Dəmirspor” olub.