Nəhayət, Mario Balotelli işsizliyə son qoyub. Özünə yeni klub tapan italiyalı futbolçu karyerasını vətənində davam etdirəcək.
İnsayder Fabritsio Romanonun məlumatına görə, 34 yaşlı hücumçu “Cenoa” ilə anlaşıb. O, Genuya klubu ilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Marionun az maaşa razılaşdığı da bildirilir.
Yeni klubuna azad agent statusunda keçən Balotellinin sonuncu klubu “Adana Dəmirspor” olub. O, İtaliyada daha əvvəl “Lumetsane”, “İnter”, “Milan”, “Breşia” və “Montsa”da çıxış edib.