"Mənə elə gəlir ki, vaxtı gəlib çatıb" - Asif Məmmədov karyerasını bitirməyə hazırlaşır

30.06.2025 13:27 63
Ölkə futbolu / Aktual
"Qəbələ"nin kapitanı Asif Məmmədov karyerasını bitirə bilər.

Bu barədə "Football-plus.az"a futbolçunun özü məlumat verib. 38 yaşlı yarımmüdafiəçi qərarını hələ qətiləşdirmədiyini də bildirib:
"Dəqiq danışmaq üçün daha bir neçə gün gözləmək lazımdı. Ancaq karyeramı yekunlaşdırmaq istəyirəm. Mənə elə gəlir ki, vaxtı gəlib çatıb".
Xatırladaq ki, Asif Məmmədovun peşəkar karyerasında debütü 2004-cü ildə Bakının "Ədliyyə" klubunda reallaşıb. O, daha sonra "MKT Araz", "Standard", "Keşlə" (indiki "Şamaxı") və "Xəzər Lənkəran" komandalarında forma geyib. 2016-cı ildə "Qəbələ"yə transfer olunan oyunçu həmin vaxtdan bu kollektivə sadiq qalıb.

KƏNAN BAHADIR