Dörd gün davam edən məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik edib. Qeyd edək ki, məşqçi kursunun 1-ci modulu avqustda keçirilib. 3-cü mərhələ 30 sentyabr – 3 oktyabr, 4-cü mərhələ (imtahan həftəsi) isə 4-8 noyabr aralığında baş tutacaq. Kursda “Qəbələ”nin kapitanı Asif Məmmədov və bir müddət əvvəl karyerasını bitirmiş Ağabala Ramazanov da iştirak edir.
Maraqlıdı, Asif Məmmədov da karyerasını başa vurmaq ərəfəsindədi? Kapitanın “Futbol+”ə cavabı:
“Bəli, məşqçilik kursuna gedirəm. Amma hələ futbola davam edirəm, karyeramı bitirmək barədə düşünmürəm. Təbii ki, karyeram nə vaxtsa bitəcək, bu reallıqdı. Ona görə də indidən B kursuna qoşuldum”.
RÖYANƏ OĞUZ



