"Bu qələbə inanmayanlara gəlsin" - Asif Məmmədov

16.05.2022 13:45 504
Premyer-liqa
"Qəbələ"nin kapitanı Asif Məmmədov "feysbuk"da maraqlı paylaşım edib.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Konfrans Liqasına vəsiqə qazanmaqlarının sevincini izləyiciləri ilə bölüşüb:

"Bütün "Qəbələ" sevənləri bu qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bizə inananlardan çox inanmayanlar var idi. Bu qələbə inanmayanlara gəlsin".

Qeyd edək ki, "Qəbələ" premyer-liqanın 27-ci turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.