Karateçilərimizdən Xorvatiyada iki medal

30.06.2025 01:55
İdman
Xorvatiyanın Poreç şəhərində keçirilən "Karate1 Youth League və Parakarate Cup" turnirlərində Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər.

"Football-plus.az" xəbər verir ki, Gülay Orucova 16-17 yaş qrupunda -59 kq çəki dərəcəsində, parakarate yığma komandasının üzvü Aslan Ərcan isə K21 kateqoriyasında bürünc medal qazanıblar.

Qeyd edək ki, hər iki karateçimizin şəxsi məşqçisi Sənan Cəfərovdu.