16-18 yaşlı gənclərdən ibarət Azərbaycan millisinin karateçisi Rumil Cəfərli Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 Youth League turnirinin gümüş medalını qazanıb.
Football-plus.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
76 kq çəki dərəcəsində çıxış edən gənc idmançı yalnız finalda rəqibinə məğlub olaraq, ikinci yerlə kifayətlənib. Ona qədər U-21 yığmasının üzvü Nicat Kərimli (75 kq) gümüş medal əldə edib.
Qeyd edək ki, Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən sayılan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparırlar. 67 ölkədən 1169 idmançının qatıldığı turnirdə Azərbaycanı 27 karateçi təmsil edir.