Nicat Kərimli Karate1 Youth League turnirində medal qazandı

24.02.2023 15:26 231
İdman
21 yaşadək gənclərdən ibarət Azərbaycan millisinin karateçisi Nicat Kərimli Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 Youth League turnirinin gümüş medalını qazanıb.

Football-plus.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən gənc idmançı finalda misirli rəqibi ilə görüşdə öndə olmasına baxmayaraq, qələbəni əldən verib.

Kərimli həlledici qarşılaşmaya qədər Honq Konq, Şotlandiya və Ukrayna təmsilçilərini üstələyib.

Qeyd edək ki, Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən sayılan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparırlar. 67 ölkədən 1169 idmançının qatıldığı turnirdə Azərbaycanı 27 karateçi təmsil edir.