Gimnastlarımızdan 15 medal

2.04.2023 14:21 521
İdman
Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri 31 mart - 3 aprel tarixlərində Bosniya və Hersoqovinanın Sarayevo şəhərində keçirilən “Suada Dilberoviç” beynəlxalq turnirində uğurla çıxış edərək 5 qızıl, 5 gümüş, 5 bürünc medal qazanıblar.

"Football-plus.az" xəbər verir ki, gimnastımız Alina Məmmədova 3 qızıl (çoxnövçülük, halqa, top), 1 gümüş (lent),1 bürünc ( gürzlər), Leyli Ağazadə 2 qızıl (gürzlər, lent), 2 gümüş (çoxnövçülük, halqa), 1 bürünc ( top), Mədinə Dəmirova isə 2 gümüş ( top, gürzlər) və 3 bürünc ( çoxnövçülük, lent, halqa) medala sahib çıxıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul