Dünya çempionu qərarını verdi

17.04.2025 20:03 16
Dünya futbolu
Antuan Qrizmann bundan sonrakı karyerası ilə bağlı qərar verib.

"Football-plus.az" xəbər verir ki, 34 yaşlı hücumçu “Atletiko” ilə müqaviləsini yeniləyəcək.

Dünya çempionunun müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşməyə qol çəkəcəyi bildirilib. Fransalı futbolçunun adı “Los Anceles”lə birgə hallanırdı.

Qrizmann bu mövsüm La Liqada 31 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdi.