İngiltərə çempionuna qoşuldu

3.07.2025 08:35 15
Dünya futbolu
“Liverpul” qapı xətiini gücləndirib.

Klubun rəsmi saytının xəbərinə görə, Fredi Vudmen azad agent kimi heyətə cəlb edilib. İngiltərənin U-21 millisinin sabiq üzvünün sonuncu klubu “Preston” olub.

O, bu klubda 3 il ərzində 138 oyuna çıxıb və 2022/23 mövsümündə komandasında “ilin futbolçusu” mükafatına layiq görülüb.