Sabiq “Liverpul”lu çempionşipə qayıtdı

19.09.2022 12:51 321
Dünya futbolu
Endi Kerroll klubsuzluğa son qoyub.

"Football-plus.az" xəbər verir ki, o , çıxış yolunu yenidən çempionşipdə oynamaqda görüb. İngiltərə premyer-liqasında çıxış edən klubların maraq dairəsinə düşə bilməyən Kerroll yenidən “Ridinq”lə anlaşıb. 33 yaşlı ingilis hücumçu ötən mövsümün ilk yarısında formasını geydiyi klubla azad agent kimi 4 aylıq müqavilə bağlayıb.

Endi karyerası ərzində “Nyukasl”, “Preston Nort End”, “Liverpul”, “Vest Hem” və “Vest Bromviç”də də oynayıb. İngiltərə yığmasında 9 oyuna 2 qol vurub.