Verdaşka “Kəpəz”dən ayrıldı! - rəsmi

28.06.2025 14:53 31
Aktual / Dünya futbolu
28 yaşlı mərkəz müdafiəçisi Dieqo Verdaşka “Kəpəz”dən ayrılıb.

Bu barədə “Football-plus.az”a gəncəlilərin baş məşqçisi Adil Şükürov məlumat verib: “Verdaşka ilə danışığımız oldu. Sadəcə, futbolçunun haqlı gözləntiləri var idi. Klubumuzun da bəlli bir imkanları var. Bütün məsələlər qarşılıqlı olmalıdı. Anlaşa bilmədiyimizə görə komandadan ayrıldı”.

Qeyd edək ki, ötən ilin sentyabrında komandaya qoşulan Verdaşka 30 mümkün oyunun 27-də meydanda olub.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul