Verdeşka cəzalandırıldı

30.10.2024 14:12 407
Ölkə futbolu
AFFA "Kəpəz"in futbolçusu Dioqo Verdaşkanı cəzalandırıb.

"Football-plus.az" xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında belə qərar qəbul edilib.

Verdaşka Misli premyer-liqasının 11-ci turunda “Turan Tovuz”la matç bitdikdən sonra hakimin qərarına etiraz edib. Nəticədə o, ikinci sarıdan qırmızı vərəqə alıb.

Ona görə də 27 yaşlı müdafiəçi üçün 1 oyun cəzalanıb. “Kəpəz” isə 500 manat cərimələnib.

Qeyd edək ki, sözügedən oyunda "Turan Tovuz" 2:1 hesabı ilə qalib gəlib. Tovuz təmsilçisi qələbə qolunu 90+3-cü dəqiqədə vurub.