“Football-plus.az” belə iddialarla bağlı Ceyhun bəyin fikrini öyrənib:
“Bunlar çox gülüncdü. İstəyirsiz, Elmarın özü ilə danışın. Olmayan söhbətləri yayıb ara qatan adamların məqsədi nədi, bilmirəm. Mən “Araz-Naxçıvan”da işləmirəm, kömək edirəm. Ora gələn futbolçular hamısı da Elmar Baxşıyevin istəyi ilədi. Mən işlədiyim heç bir klubda özümdən futbolçu gətirmərəm. Bu mənim prinsiplərimdəndi. Məşqçi istəməsə, futbolçu gələ bilməz”.
MÜZƏFFƏR QULUZADƏ






