“Araz-Naxçıvan” yay təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Belə ki, Küveytin “Əl-Ərəbi” klubu ilə qarşılaşma heç-heçə bitib - 0:0. Naxçıvan təmsilçisi bununla da Türkiyə toplanışını başa vurub.
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin toplanışla bağlı “Football-plus.az”a dedikləri:
“Toplanış planauyğun şəkildə davam edir. Demək olar ki, mövsümün hazırlıq mərhələsini Türkiyədə reallaşdırdıq. Yeganə üzücü məqam əvvəlcədən planlaşdırıldığı kimi üç oyun keçirə bilməməyimizdi. Sabah Bakıya qayıdıb çempionata hazırlığı davam etdirəcəyik. Transfer çalışmalarını yekunlaşdırdıq. Alınsa, bir transfer istəyərdik. Müdafiəni gücləndirmək üçün, axtarışlar davam edir”.
Qeyd edək ki, “qırmızı-ağlar” Özbəkistanın “Soqdiana” klubu ilə yoxlama oyunu planlaşdırsa da, rəqib toplanışa gəlmədiyindən görüş ləğv edilib.
RÖYANƏ OĞUZ