“Komandada olsam da, olmasam da, uğurlar arzulayıram” - Elmar Baxşıyev

25.05.2025 22:38 47
Ölkə futbolu / Manşet
“Araz-Naxçıvan” Misli premyer-liqasının 36-cı turunda evdə “Zirə”yə məğlub oldu - 0:1.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev müəmmalı açıqlama verib.

- Komandama təşəkkür edirəm. Mövsüm ərzində böyük işlər gördülər. İddialarını ortaya qoya bildilər.

- Klubla müqavilənizin müddəti bitir. Rəhbərliklə danışıqlarınız olub?
- Hələ heç nə bilinmir. Komandada olsam da, olmasam da, uğurlar arzulayıram. Bu komanda mənə doğmadı.

- Qara Qarayev ötən tur zədəli olduğuna görə oynamadı, amma zədəsi ciddi deyildi. Bu gün niyə heyətdə yox idi, zədəsi hələ də var?
- Xeyr, mikrozədə idi. Sağalıb, hər şey qaydasındadı.

MÜZƏFFƏR QULUZADƏ