Kriştiano Ronaldo şayiələrə son qoyub.
"Football-plus.az" xəbər verir ki, ulduz futbolçu “Əl-Nəssr” ilə yeni müqavilə imzalayıb.
Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinin məlumatına görə, 40 yaşlı hücumçunun yeni sözləşməsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Ronaldo “Əl-Nəssr”də 2023-cü ilin yayından çıxış edir. Portuqaliyalı hücumçu son mövsümdə komandanın heyətində 41 oyuna çıxaraq 35 qol vurub və 4 qolun ötürməsini edib.