“Real” yeni müdafiəçi axtarır

14.07.2025 10:54 219
Dünya futbolu
Xabi Alonso rəhbərlikdən yeni transfer istəyib.

"Football-plus.az" xəbər verir ki, “Real”ın baş məşqçisi Klublararası Dünya Çempionatında mərkəz müdafiəçisi Raul Asensionun çıxışından narazı qalıb.

İspaniya mətbuatının məlumatına görə, madridlilərin çalışdırıcısı artıq klub rəhbərliyi ilə görüşüb. O, Asensionun əvəzinə yeni futbolçu transfer edilməsini istəyib.

“Real” hazırda bu planda 3 variantı nəzərdən keçirir: İbrahima Konate (Liverpul), Pyero İnkapye (Bayer-04) və Kristian Romero (Tottenhem) bu yay Madridə yollana bilər.

Qeyd edək ki, Asensio ötən ilin yayından “Real”ın əsas komandasında oynayır. Onun müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul