Elman Sultanov “Baku Sportinq”dən getdi? - açıqlama

27.06.2025 09:58 262
Aktual / Ölkə futbolu
Son günlər mediada “Baku Sportinq” baş məşqçisi Elman Sultanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsi haqda xəbər yayılıb.

Bununla bağlı bilgi almaq üçün Buzovna təmsilçisinin meneceri Araz Əhmədovla əlaqə saxladıq:
“Yalandı, cəfəngiyyatdı. Bu xəbəri saytlarda gördüm, heç biri həqiqət əks etdirmir. Üç gün sonra toplantı keçiriləcək, komandanın hazırlıq planı bəlli olacaq. Elman Sultanov da işinin başındadı, komandamızın baş məşqçisidi, Pro kateqoriyasını oxuyur”.
Xatırladaq ki, qəsəbə təmsilçisi apreldə Elman Sultanovla 5 illik müqavilə imzalayıb.

MÜZƏFFƏR QULUZADƏ