“Futbolçularımız ikinci hissədə tapşırıqları yerinə yetirə bilmədi” – Elman Sultanov

22.10.2024 18:55 498
Dünya futbolu
Birinci liqada mübarizəyə böyük ümidlərlə başlayan “Baku Sportinq” burda işlərin heç də 2-ci liqadakı qədər asan olmayacağını çox tez anladı.

5 turdan sonra Elman Sultanovun çalışdırdığı komandanın hesabında yalnız bir qələbə var. Görəsən, son turda “Zaqatala” ilə səfər oyunundakı uğursuzluğun (0:2) səbəbi nədi? “Baku Sportinq”in baş məşqçisi Elman Sultanovun “Football-plus.az”a açıqlaması:

“Oyuna yaxşı hazırlaşmışdıq. Çətin olacağını bilirdik. İlk hissədə komandamız pis təsir bağışlamadı. Real qol imkanlarımız oldu, təəssüf ki, onları reallaşdıra bilmədik. İkinci hissədə isə futbolçularımız verilən tapşırıqları yerinə yetirə bilmədi. Özümüzün səhvlərimiz nəticəsində qapımızda iki qol gördük. Təbii ki, bu oyunda “Qəbələ” ilə matçda qırmızı vərəqə alan iki əsas heyət üzvümüzün – Əli Əliyev və Elvin Dəmirovun olmaması da bizə mənfi təsir etdi”.

RÖYANƏ OĞUZ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul