"Kəpəz"in baş məşqçi "alveri": sabiq çalışdırıcısı "yox" dedi, Azər Bağırov isə...

31.08.2024 19:59 1 055
Aktual / Ölkə futbolu
"Kəpəz"in yeni baş məşqçi axtarışı davam edir. Daha əvvəl klubun iki mütəxəssisdən biriylə - Azər Bağırov və ya Etibar İbrahimovla anlaşmaq niyyətində olduğunu yazmışdıq. Sadəcə, klubun ilkin seçimi Bağırov idisə, İbrahimov "B planı" idi.

"Football-plus.az"ın məlumatına görə, onlardan biri artıq Gəncə təmsilçisinə "yox" deyib. Söhbət Etibar İbrahimovdan gedir.
Azər Bağırovla bağlı durum isə hələ dəqiqləşməyib. Çalışdırıcı tezliklə qəti cavabını klub rəhbərliyinə açıqlayacaq.

Xatırladaq ki, "sarı-göylər"in sabiq baş məşqçisi Adil Şükürov cümə axşamı istefa verib.

KƏNAN BAHADIR