Hidayət Heydərovdan gözlənilməz məğlubiyyət

15.06.2025 14:21 13
İdman
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, yarışın 3-cü günündə kişilərdən Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (73 kq) 1/16 finalda Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşıb və uduzub. Bununla da dünya çempionatında mübarizəni erkən başa vurub.

Eyni çəkidə yarışan Rəşid Məmmədəliyev isə 1/16 finalda Kazbek Naquşev (BƏƏ) - Covanni Esposito (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınlardan isə Fidan Əlizadə (57 kq) 1/16 finalda serbiyalı Marika Perişiçlə qarşılaşacaq.

Xatırladaq ki, ölkəmiz dünya çempionatında 10 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunur. Yarışın ilk iki günündə kişilərin mübarizəsində Əhməd Yusifovla (60 kq) Ruslan Paşayev (66 kq), qadınlarda isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) erkən məğlub olaraq, mübarizəni medalsız başa vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul