Berqamoda qaldı

15.06.2025 06:59 7
Dünya futbolu
Odilon Kossunu karyerasını İtaliyada davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, “Atalanta” “Bayer-04”ün müdafiəçisini birdəfəlik transfer edib. Bu barədə Berqamo klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı müdafiəçi son mövsümdə İtaliya komandasının heyətində icarə əsasında çıxış edib.

Odilon 2024/25 mövsümündə “Atalanta”nın heyətində 23 oyuna çıxaraq 1 məhsuldar ötürmə edib.