Şarl de Ketelare “Milan”dan birdəfəlik aylrılıb.
“Atalanta” yarımmüdafiəçinin transfer hüququna sahib olub. Bu barədə Berqamo klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Şarl ötən mövsüm “Atalanta”da icarə əsasında oynayıb. O, klubla bütün yarışlarda 50 matçda 14 qol vurub və 11 qolun ötürməsini verib.