Almaniya çempionundan ayrıldı

31.08.2024 15:15 276
Dünya futbolu
Odilon Kossunu “Bayer-04”ü tərk edib.

Almaniya çempionu müdafiəçisini “Atalanta”ya icarəyə verib.

Leverkuzen klubunun saytının yaydığı xəbərə görə, afrikalı futbolçunun berqamolularla imzaladığı müqavilənin müddəti 2024/25 mövsümünün sonuna qədərdi. İtaliya klubu gələn ilin yayında 23 yaşlı oyunçunu birdəfəlik almaq hüququna malikdi.

Kossunu “Bayer-04”də 2021-ci ilin iyulundan çıxış edir. O, ümumilikdə qara-qırmızı formada 101 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.